Şok iddia: "Natəvanın evində erməni dilində kitabları görmüşəm"

Zorik müğənninin erməni olduğunu sübur edəcəyini deyir

Müğənni Natavan Həbibinin klipmeyker Zöhrab Ağayevə qarşı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə əlaqədar qaldırdığı məhkəmə prosesi bu gün başlayıb.Axşam.az-ın məlumatına görə, Səbail rayonunda baş tutan məhkəməyə sənətçi özü qatılmayıb.Bu haqda əməkdaşımızla söhbətində Zorik deyib. O, məhkəməyə getdiyini və iddianı qəbul etdiyini bildirib: "Məhkəmə bir neçə saat bundan əvvəl baş tutdu. Natavan gəlməmişdi, əvəzində isə heç nədən xəbəri olmayan vəkili prosesə qatılmışdı. Mənə qarşı irəli sürülən bütün iddiaları qəbul etdim. Şikayətində bildirib ki, efirlərdə ona erməni və digər nalayiq sözlər söyləmişəm. Mən də sözümüm üstündə dururam. Bəli, demişəm, bunu danmayacam. Natavan ermənidir. Bir daha sözümü deyib, ifadəmi imzaladım. Cəzam nədirsə, çəkməyə hazıram. Hamıya sübut edəcəm ki, o ermənidir. Mən onun evində erməni dilində kitablar görmüşəm."Klipmeyker məhkəmənin növbəti mərhələsinin sentyabrın 17-də baş tutacağını bildirib.Qeyd edək ki, N.Həbibi həmçinin prodüser Toliki də məhkəməyə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31