Məşhur aktyorun yaxtası batdı

Türkiyənin tanınmış aktyoru, "Kurtlar Vadisi Pusu" serialında Ünsal, "Karagül" serialında Kendal obrazı ilə tamaşaçıların yadında qalan Mesut Akusta xoşagəlməz hadisə ilə üzləşib.ANS PRESS-in xəbərinə görə, Akustanın 40 000 lirəyə aldığı kiçik yaxta aktyor istifadə etməyə fürsət tapmadan batıb.Mesut Akusta yaxtanın fırtına səbəbindən batdığını deyib:"Kirvəmlə yaxta alaq dedik. Adını da Kendal qoyduq. Suya endirdiyimiz günün gecəsi dənizdə fırtına baş verdi və yaxta batdı. Bundan sonra isə həvəsimiz öldü".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31