Dahi aktyor öldü - FOTO
25 Avqust 2014 10:22 MədəniyyətDünyaca məşhur britaniyalı aktyor, prodüser və rejissor Riçard Attenboro 91 yaşında vəfat edib.Milli.Az BBC-yə istinadən bildirir ki, bu barədə rejissorun oğlu Maykl Attenboro məlumat verib.Riçard Attenboro 2008-ci ildə pilləkəndən yıxılandan bəri əlil arabasına məhkum qalmışdı.Britaniyanın baş naziri Devid Kemeron rəsmi başsağlığında Attenboronu "kinonun ən möhtəşəm xadimlərindən biri" adlandırıb.Aktrisa Mia Ferrou isə Twitter-dəki profilində yazıb: "Riçard Attenboro birgə çalışmaq şərəfinə nail olduğum ən həlim və səmimi insandı".Kinematoqrafda 60 ildən artıq davam edən karyerası ərzində Riçard Attenboro onlarla filmə çəkilib. Onun 1982-ci ildə çəkdiyi "Qandi" filmi isə 8 "Oskar" mükafatı almışdı.1967-ci ildə Britaniya İmperiyası ordeni, 1976-cı ildə cəngavər titulu alan aktyor 1993-cü ildə baron titulu və ömürlük per adına layiq bilinmişdi.