Azəri Günel də bunu etdi... (FOTO)
Başına buzlu su tökən müğənni, estafedi Günay Musayevaya, Sibel Can və Məhməd Əli Ərbilə ötürüb
25 Avqust 2014 10:10 MədəniyyətAmerikada 27 yaşlı gənc Korey Griffin tərəfindən ALS xəstəliyindən əziyyət çəkən insanlar üçün xeyriyyə məqsədi ilə yaradılmış "Bir vedrə buz" aksiyasına daha bir azərbaycanlı qatılıb.ANS PRESS-in məlumatına görə, bir neçə müğənnidən sonra türkiyədə yaşayıb, fəaliyyət göstərən ifaçı Azəri Günel Zeynalova da başına buzlu su töküb. İfaçı qaydalara əsasən estafedi azərbaycanlı model Günay Musayeva, Sibel Can və Məhməd Əli Ərbilə ötürüb."Sevimli Orhan Ölməzin ASL xəstəliyinə yardım kampaniyası çərçivəsində adımı çəkməyini qəbul edirəm"-sözlərini əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31