Cavanşir Məmmədov: "Mən onu düz bir il yarım gizlətdim"

Ötən gün Xəzər telekanalında yayımlanan "5-də 5" verilişin qonağı müğənni Cavanşir Məmmədov olub.Milli.Az gecce.az-a istinadən xəbər verir ki, sənətçi aparıcının "Eşitdim, müğənnilərin arasında ən bahalı avtomobil sürən Cavanşir müəllimdir? Sizi də ötdülər. Artıq çoxları bahalı maşın sürürlər. Qaldınız kölgədə?" sözlərinə belə cavab verib:"Yox, məni heç kim üstələyə bilməz. Biz köhnəyik, bizə çatmaq üçün hələ çox var. Bilmirəm, Zaur, sən o maşının qiymətini bilirsən, ya yox, amma insanın özü qiymətli olmalıdır, maşını yox. Sabah bunu da mövzu edəcəklər ki, yenə maşınını reklam edir. Bildirim ki, dünyada "Rolls Roys"dan bahalı maşın yoxdur. O da şou-biznesdə tək məndədir. Mən şan-şöhrət sevən adam deyiləm. O avtomobili üç ildir almışam. Mən onu düz bir il yarım gizlətdim. Çünki məndən də yaxşı, ürəkli, yaxşı insanlar var. İnsanın ürəyi zəngin olmalıdır"."Bəs maşının qiyməti nə qədərdir?" sualına isə sənətçi: "Deməyəcəm, sonra qulağına deyərəm, vallah, incimə", - deyərək cavab verib.Qeyd edək ki, sözügedən avtomobilin qiyməti 500 min manatdan yuxarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31