Məryəm Üzərli qızının üzünü göstərdi (FOTO)

Qızı Laranın üzünü göstərməyən Məryəm bu dəfə izləyicilərinə sürpriz edib

Türkiyədə yayımlanan "Muhteşem yüz yıl" serialında canlandırdığı Hürrəm Sultan obrazından sonra məşhurlaşan almaniyalı aktrisa Məryəm Üzərli çoxdandır gözlənilən addım atıb.ANS PRESS-in məlumatına görə, "tükənmişlik" sindromu ilə Türkiyədən vətəninə qayıdan sənətçi sosial şəbəkədə qızı ilə yeni fotosunu paylaşıb. Bu günə qədər 5 aylıq qızı Laranın üzünü göstərməyən Məryəm bu dəfə izləyicilərinə sürpriz edib. Pərəstişkarları Laranın üzü də görsənən şəkili gördükdə onun anasına bənzədiyini deyiblər. Sözügedən fotonu sizə təqdim edirik.Qeyd edək ki, hamilə olduğu zaman M. Üzərlini tərk edən sevgilisi Can Atəş ötən günlərdə almaniyaya onların yanınagedib. Daha sonra isə ad gününü qeyd edən aktrisaya gül dəsti göndərib. Baş verənlərdən sonra Məryəm yalnız qızı üçün Can ilə normal münasibətdə olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31