“Bu gözəl oğlanı necə doğmuşam..?”

Xalq artisti Brilliant Dadaşova Facebook səhifəsində yeganə oğlu Cahada həsr etdiyi şeiri paylaşıb."Qafqazinfo"nun məlumatına görə, müğənni həmin şeiri bağ evlərindəki köhnə dəftərlərdən birində tapıb: "Yenə köhnə dəftərlərimdən birini tapdım. Bağımız əməlli başlı arxiv imiş. Bu şeiri də oğlum 5-6 yaşında olanda yazmışam. Dostlarımla bölüşmək gəldi qəlbimdən..."

Yaxşı ki sən varsan, deyirəm Oğlum

Toppuş əllərin var

Şəkər dilin var

Yalqızam deməyə

Haqqım yox demək.

Məni yaşadacaq əməllərin var

Həyatın işıqlı səyfəsi Sənsən!

Çağlayan ruhumun həvəsi Sənsən!

Qəlbim dayanarsa nəfəsi Sənsən!

Ömrümə yaraşıq gül tellərin var.

İşığı gözlərindən alıram Oğlum

Saçdığın şəfəqə mat qalıram Oğlum

Ağlasan bulud tək doluram Oğlum

Canıma can qatan gülüşlərin var!

İsmin mənim üçün xoş gələcəkdir,

Ən gözəl qızlar səni sevəcəkdir

Sən artdıqca ana qəlbim böyüyəcəkdir

Milyonlarla nurlu səhərlərin var!

Eləki baxıram göyçək üzünə

Suallar verirəm özüm-özümə.

Axı mən həmişə çirkin olmuşam!

Bu gözəl oğlanı necə doğmuşam?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31