Təzə gəlin jurnalistlərdən qaçdı (FOTO)
Kənan Doğulu evləndikdən sonra Bodrumda ilk konsertini verib
20 Avqust 2014 12:28 MədəniyyətÖtən ay Los Ancelesdə evlənən və bal ayından yeni qayıdan məşhur türk aktrisası Beren Saat və ifaçı Kənan Doğulunun yeni fotoları yayılıb.ANS PRESS-in məlumatına görə, Kənan evləndikdən sonra ilk konsertini ötən gün Bodrumda verdi. Həyat yoldaşı ilə birlikdə əl-ələ kluba daxil olan Doğulu səhnəni qardaşı Ozan Doğulu ilə paylaşıb. Beren isə sevimli ərini kulisdən izləyib. Kənanı səhnə arxasında dəstəkləyən B. Saat konsert proqramının sonunda tamaşaçıların sırasında əyləşən Doğulu ailəsinin yanına gedib.Cütlük çıxışda jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31