Niderlandda Azərbaycan musiqisi səslənəcək

Sentyabr ayının 7-də Niderland Krallığının Assen şəhərində növbəti musiqi festivalı keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən Niderland Krallığındakı "Odlar Yurdu" Cəmiyyətinin sədri Firəngiz Bağırova deyib ki, hər il olduğu kimi bu il də festivalda Azərbaycan mədəniyyəti barədə iştirakçılara məlumat veriləcək, musiqimiz təbliğ olunacaq: "Festivalda mən də Azərbaycan musiqilərini ifa edəcəm". Firəngiz Bağırova bildirib ki, festivalda ermənilər də iştirak edəcək və öz təbliğatlarını qurmağa çalışacaqlar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31