Əməkdar artist Emma Ələkbərzadəni tanımadı

“Qurana and olsun tanımadım”

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Evdəyik" verilişinin bugünkü buraxlışında maraqlı hadisələr yaşanıb. İllərdir Azərbaycan səhnəsində fəaliyyət göstərən Emma Ələkbərzadəni əməkdar artist Rühəngiz Allahverdiyeva tanımayıb.Belə ki, verilişin ilk dəqiqələrindən aparıcı Ulvira qonaqları bir-bir təqdim etməyə başlayıb. Növbə Emma Ələkbərzadəyə çatıb:"Arıqlamada möhtəşəm nəticələr göstərən Emma Ələkbərzadə".Ulviranın təqdimatından sonra qulaqlarına inanmayan Rühəngiz Allahverdiyeva şoka düşüb:"Soruşacaqdım ki, bu xanım yeni oxuyandı? Qurana and olsun, inanın! "Krasaviça".Aparıcı Ulvira Rühəngiz xanımın bu sözlərinin zarafat olduğunu zənn edərək "Üzgörənlik etdiniz?" deyə əməkdar artistə yenidən müraciət edib. Rühəngiz Allahverdiyeva hər kəsi inandırmaq üçün and içmək məcburiyyətində qalıb:"Qurana and olsun tanımadım. Söz tapmıram. O Emmayla bu Emma tam fərlqidir, heç oxşamır! Gözəlləşib də". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31