Bəxtiyar Vahabzadənin anım mərasimi keçirilib
19 Avqust 2014 16:30 MədəniyyətAMEA Şəki Regional Elmi Mərkəzində xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 89 illiyinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan mərkəzin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə şairlə bağlı unudulmaz xatirələrini bölüşüb. O, xalq şairinin bütün ömrü boyunca Azərbaycanın dərdi ilə dərdlənən, əsərlərində və çıxışlarında bunu daim diqqətdə saxlayan bir dahi olduğunu vurğulayıb. Tədbirin davamında şair haqqında məruzələr dinlənilib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31