Böyük qalmaqal: Britni Spirs rüsvay oldu VIDEO

Populyar amerikalı müğənni Britni Spirs Las-Veqasdakı şousunda qalmaqala səbəb olub.Milli.Az TMZ-yə istinadən bildirir ki, Las-Veqasda yerləşən "Planet Hollywood Theatre"ın səhnəsində konsert zamanı "Perfume" mahnısını ifa edərkən 32 yaşlı Britni Spirsin normal oxumadığı, səslənən fonoqrama uyğun qaydada dodaqlarını tərpətdiyi vurğulanır.B.Spirsi rüsvay edən digər məqam isə fonoqramdakı səsin ona yox, avstraliyalı müğənni, "Sia" kimi tanınan Siya Keyt İzabel Ferlerə məxsus olmasıydı.Britni Spirsin menecerləri isə bildirirlər ki, müğənni "Perfume" mahnısının ifası zamanı fonoqramdan yararlanmayıb: "O fonoqramdakı səsin Sianın ifası olduğu barədə deyilənlər də yalandır. Britni səhnədə "Perfume" mahnısını özü oxuyur".Fəqət, sosial şəbəkələrdəki müzakirələr zamanı "Perfume"un ifasında fonoqramdan istifadə olunduğunun şübhə doğurmadığı israrla təkrarlanır.Britni Spirs və Sia bu ilin yanvarında "Perfume" mahnısını duet oxumuşdular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31