Müslüm Maqomayev anılıb

Fəxri xiyabanda zəmanəmizin tanınmış müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə həsr olunub. Anma mərasimində Xalq Artisti Eldar Quliyev böyük musiqiçi Müslüm Maqomayevin şərəfli ömür yolundan və bənzərsiz zəngin yaradıcılığından söz açıb. Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq Artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya tədbirin iştirakçılarına minnətdarlığını bildirərək vurğulayıb ki, Müslüm Maqomayevin xatirəsi böyük musiqiçinin pərəstişkarlarının qəlbində əbədi yaşayacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31