Günaydan maraqlı geyim (FOTO)
Azərbaycanlı modelin təqdim etdiyi geyim digərlərindən seçilib
18 Avqust 2014 15:28 MədəniyyətÖtən günlərdə Bodruma yollanan azərbaycanlı model Günay Musayeva yeni fotolarını nümayiş etdirib.ANS PRESS-in məlumatına görə, Türkiyədə yaşayıb fəaliyyət göstərən model iş adamı Mübariz Mənsimovun "Billioneri klub"unda təşkil olunmuş dəfilədə iştirak edib. Günay digər cazibədar modellər ilə birlikdə məşhur modelyer Mehmet Köymenin dəfiləsində podiuma çıxıb. İki gün öncə isə digər azərbaycanlı iş adamının başçılıq etdiyi "Quzu" restoranının sponsorluğu ilə final gecəsi baş tutub. Gecəyə qatılanların sırasında bir neçə məşhur sima olub.Hər zaman olduğu kimi azərbaycanlı modelin təqdim etdiyi geyim digərlərindən seçilib. Türk aktyoru Tolqa Karel ilə ailəli olan G. Musayeva defiledən olan bəzi görüntüləri sosial şəbəkədə paylaşıb.