Təbrizdə Məhəmmədhüseyn Şəhriyar anılacaq

Şairin xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

İran İslam Respublikasının Təbriz şəhərində ustad şair Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.Bu barədə məlumat verən İranın Şərqi Azərbaycan vilayətinin irşad və islam mədəniyyəti baş idarəsinin müdiri Əli Əkbər Safipur bildirib ki, "Ustad Şəhriyarın şeirlərində xalq mədəniyyəti" mövzusuna həsr ediləcək beynəlxalq elmi konfrans dəyərli şair M.Şəhriyarın irsini öyrənmək və xatirəsini yad etmək məqsədi daşıyır.Sentyabrda keçirilməsi nəzərdə tutulan tədbirə İran, Azərbaycan və Türkiyə və başqa ölkələrdən olan ədəbiyyat alimlərinin qatılacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31