Muratdan açıqlama: Merve Boluğur hamilədir?

Bodrumdan istirahətdən yeni qayıdan Murat açıqlama verib

Ötən günlərdə evləndikləri barədə xəbər yayılan məşhur türk müğənnisi Murat Dalkılıç və aktrisa Merve Boluğur barədə daha bir yenilik açıqlanıb. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə,  bu dəfə də gənc aktrisanın hamilə olduğu barədə iddialar irəli sürülür. Merve özü bu barədə açıqlama verməsə də sevgilisi aydınlıq gətirib. Bodrumdan istirahətdən yeni qayıdan Murat Merve ilə evlilik hətta hamiləlik xəbərini belə yalan olduğunu dedi: "Belə xəbərlər yazanların fantaziyası güclü işləyir. Lazım oldu-olmadı ağıllarına gələni yazırlar. Merve hamilə deyil, əgər olsa da gizlədilməli bir hal deyil açıq deyərik. Evlilik xəbəri də yalandır, münasibətimiz çox gözəl davam edir. Yazılan xəbərləri oxuyanda ikimizdə oturduq güldük"-deyərək ifaçı jurnalistlərin suallarını cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31