Məryəm Üzərli üçün 2 milyonluq müqavilə
İndi bütün şərtlər onun istədiyi kimi olacaq
14 Avqust 2014 16:33 Mədəniyyət"Mühtəşəm yüzyıl" serialında tanındıqdan sonra "Tükəndim" deyərək vətəni Almaniyaya qayıdan aktrisa Məryəm Üzərlinin arxasınca təşkilatçılar hələ də qaçmaqda davam edir. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, son dəfə Star TV ilə 2 milyonluq (təxmini 800 min manatlıq) müqavilə bağlayan xanımın şərtləri çoxdur. Serialda canlandırdığı obraza görə çəkilişlərin çox vaxt almasından bezdiyini, daha gücü qalmadığını deyərək Türkiyəni tərk edən Məryəm möhtəşəm qayıdış edəcək. Amma bu dəfə saatlar və çəkilişlər onun istədiyi kimi olacaq. İstəklərinə və qanorarına 100% əlavə edən Üzərli əlavə istəklərini də qəbul etdirib. O telekanaldan iki illik müqavilə üçün iki milyon TL (727 min AZN) tələb edib. Bundan əlavə olaraq o özünün istədiyi rejissorun filmindıə rol alacaq. Hər bölümə görə 60 min TL (25 min AZN) qazanacaq, çəkilişləri 9 saatdan çox olmalı deyil, İstanbulda onun üçün ev kirayələnəcək. Həftədə 3 dəfə Almaniyaya uçacaq, bilet ödənişi də təşkilatçı tərəfindən ödəniləcək.