"Mən onu bəy olaraq tanımışam, indi necə xanım deyim?!"
Topaloğlu Bülent Ersoya sərt sözlər ünvanlayıb
14 Avqust 2014 16:24 MədəniyyətSəsi və görünüşü ilə yadda qalmağı bacaran türk müğənnisi Bülent Ersoy və sənət yoldaşı Mustafa Topaloğlu ilə aralarında gedən söz-söhbət səngimək bilmir. ANS PRESS-in məlumatına görə, Türkiyədə yayımlanan "Survivor" yarışmasına qatıldıqdan sonra daha da çox tanınan Mustafa Bülentin sənətçi olmadığını iddia etdikdən sonra sərt sözlərlə cavablandırılıb. Ərsoy M.Topaloğlunun onun adından istifadə edərək özünü reklam etdiyi deyir. Bu sözdən qəzəblənən Topaloğlu sənətçinin ünvanına bir çoxlarınının cürət edib deyə bilmədiklərini deyib: "Ona 17 min TL təzminat ödədim. Ödədiklərim haramı olsun. Bir insanda bu qədər eqo ola bilərmi? Mən o vaxt da pis söz deməmişdim. Sadəcə ona "Bülənt bəy" deyə xitab etmişdim. Mən onu bəy olaraq tanımışam, indi necə xanım deyim?! Lənət olsun ona, nə barışmaq? Həyatımda qarışqanı belə özümdən aşağı görməmişəm".