Demet Akalın bətnindəki körpəsini itirdi
14 Avqust 2014 12:12 MədəniyyətTürkiyənin pop ifaçısı Demet Akalının acı xəbəri yayıldı.ANS PRESS-in məlumatına görə, 2012-ci ildə nikah masasına oturan Demet və Okan Kurt cütlüyü ikinci dəfə "uşaq düşdü" acısını yaşadılar. Ailə qurduqdan az müddət sonra ilk uşaqlarına hamilə qalan, amma bir neçə həftə sonra uşağını itirən məşhur müğənni ötən həftə eyni travmanı yenidən yaşadı.Beş həftəlik hamilə olduğu, amma göz dəyəcəyindən qorxduğu üçün xoşbəxt xəbəri heç kim ilə paylaşmayan Demet Akalının uşağının düşməsi həyat yoldaşına da pis təsir edib.Qeyd edək ki, Demet Akalının 7 aylıq qızları var. Okan və Akalın cütlüyü övladlarına Hira adı veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31