Şahmar Ələkbərov anılacaq

Avqustun 14-də saat 19.00-da Nizami Kino Mərkəzində görkəmli kinoaktyor və rejissor Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək. Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, kino salnaməsində adı fəxrlə yad edilən, kinonu tamaşaçıya sevdirən, yaratdığı müxtəlif obrazlarla həmişəlik yaddaşlara həkk olunan Şahmar Ələkbərov haqqında onun dostları və yaxınları xatirələrini bölüşəcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31