Hollivudda növbəti ölüm
13 Avqust 2014 10:17 MədəniyyətKeçən əsrin 40-50-ci illərində məşhurlaşan Amerika aktrisası Loren Bekkol öz evində vəfat edib.Anspress-in məlumatına görə, bu barədə aktrisanın ailəsi xəbər verib. Qohumlarının dediyinə görə, o geniş insult nəticəsində həyatını itirib.Aktrisa keçən əsrin 40-50-ci illərində çəkildiyi filmlərlə məşhurluq qazanmışdı. Onun ən tanınmış rolları "Ki-Larqo", "Milyonerə necə ərə getməli", "Güzgünün iki üzü var" filmlərində olub. Bu zaman o Merilin Monro, Barbara Streyzand və həyat yoldaşı Hamfri Boqart kimi aktyorlarla tərəf-müqabili olub.Karyerası ərzində aktrisa bir çox teatr və kino sahəsində mükafatlara layiq görülüb. Bunlardan ABŞ kinoaktyorlar gildiyası, "Toni", "Qızıl Qlobus" mükafatlarının adlarını çəkmək olar. 2009-cu ildə isə o kinematoqrafiyada əvəzsiz nailiyyətlərinə görə "Oskar" mükafatına layiq görülüb.