“Artıq çılpaq poz verməyəcəyəm”

O, şəkillərin yanlış istiqamətdə təqdim edilməsindən şikayətlənib

Dünyanın ən məşhur supermodellərindən biri, amerikalı Keyt Apton internet istifadəçilərindən narazılıq edib.ANS PRESS-in məlumatına görə, moda dünyasının son dövrdəki ən populyar simalarından biri olan Keyt Apton artıq həddindən artıq çılpaq pozlar verməyəcəyini açıqlayıb.Çılpaq şəkillər çəkdirməyi xoşlayan və onu bir sənət adlandıran 21 yaşlı supermodel həmin şəkillərin yanlış istiqamətdə təqdim edilməsindən şikayətlənib."Bədənimin çılpaq görüntülənməsinin əleyhinə deyiləm, çünki xarici görkəmimdən razıyam. Lakin bunu sənət olaraq yox, başqa cür diqqətə çatdırırlar. Bu isə məni təəssüfləndirir." - deyə Apton narazılığını dilə gətirib.Qeyd edək ki, məşhur amerikalı supermodel Keyt Apton 20 milyon dollar müqabilində bədənini sığorta etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31