Məryəm Üzərli övladının atası ilə barışdı

Can Atəş hərəkətlərinə görə üzir istəyib

Türkiyədə yayımlanan "Muhteşem yüz yıl" serialında yaratdığı Hürrəm sultan obrazından sonra məşhurlaşan aktrisa Məryəm Üzərli keçmiş sevgilisi ilə görüşüb. ANS PRESS-in məlumatına görə, fevral ayında qızı Laranı qucağına alan sənətçi övladının atası olan Can Atəş ilə aralarında olan buzları əritməyə başlayıb. Ötən günlərdə Almaniyaya gedərək qızını ziyarət edən iş adamı onunla əl-ələ tutduqda çəkilən şəkli sosial şəbəkədə paylaşıb. Atəş bundan sonra qızı ilə tez-tez görüşmək qərarına gəlib. Cütlük hazırda sadəcə olaraq övladlarına görə yaxınlaşdıqlarını etiraf ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31