“Madonnanı ilk dəfə görəndə qorxdum”
Britaniyalı müğənni R. Ora "Glamour" jurnalına müsahibə verib
12 Avqust 2014 17:04 MədəniyyətBritaniyalı müğənni, aktrisa və model kimi də özünü sınayan Rita Ora "Glamour" jurnalının sentyabr buraxılışı üçün kamera qarşısına keçib. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, yeni fotosessiya etdirən 23 yaşlı ifaçı müsahibə verərək maraqlı açıqlamalar verib. Şəxsi həyatından və işlərindən danışan Rita dünyaşöhrətli sənətçi Madonna barədə də fikirlərini bildirib. R.Ora Madonna ilə ilk görüşü barədə təəssüratlarını bölüşüb: "Madonnanı ilk dəfə görəndə qorxdum. Çirkinlik və ya başqa bir şey deyil, sadəcə öz hisslərimdən çəkinirdim. Mən onun ən güclü fanatlarından biri idim, onu hər zaman əlçatmaz hesab etmişəm. Onu bu qədər sevməyimə baxmayaraq qarşılaşanda başa düşdüm ki, o da mənim kimi insandır. Amma sözsüz ki, Madonna mübahisəsiz əfsanədir".