Azərbaycanlı aktyor: "Oteldə cismim öz otağımda, ruhum isə modelin otağında idi"

Aktyor Müşviq Şahverdiyev və komandası yeni filminin rayon çəkilişləri və ümumi film haqqında Milli.Az-a açıqlama verib. O bildirib ki, artıq Lənkərandakı çəkilişləri sonlandırıb Bakıdakı çəkilişlərə start verməyə hazırlaşırlar: "Rayon çəkilişlərimiz yüksək səviyyədə oldu. Film bizdə bir xətt üzrə cərəyan etməyəcək. Fərqli-fərqli məkanlar seçmişik. Bu qədər məkana üstünlük verməyimizin əsas səbəbi filmdə dinamikanı saxlamaqdır. Villada, yaşayış kompleksində, şəhərin bəzi yerlərində, diskotekalarda çəkilişlərimiz olacaq. Filmdə əyləncə xarakterli epizodlar üstünlük təşkil edəcək. Bakıda da 20 günə yaxın çəkilişlərimiz olacaq". Daha sonra isə aktyor film hələ işıq üzü görməmiş çoxlarında maraq doğuran şortikli qız haqqında da danışdı: "Həmin qız modeldir. Adı Ayseldir. O qızın hər dublu alınmayanda qıraqdan baxan camaat sevinirdi. Elə epizod oldu ki, bəlkə də onu 40-50 dubla çəkdik. Təsəvvür edin ki, qızın çəkildiyi günlərdə kənd camaatından heç kim mal-qara otarmağa getməmişdi. Oteldə Aysel ilə bir mərtəbədə qalırdım. Onunla otaqlarımız yanaşı idi. Mənim cismim öz otağımda, ruhum isə onun otağında idi (gülür)". Filmin rejissoru Emil Abdullayev isə bildirdi ki, bu il çəkilən filmlər içərisində onların lenti ön sıralarda olacaq: "Kollektiv çox əla idi. Elə vaxt oldu ki, 24 saat dayanmadan çəkilişdə olduq. Hamı can qoyurdu işə. İnanıram ki, bu film səs salacaq kino sektoruna". Aktyor İlkin də çox iddialı danışıb: "Sözümü filmdə deyəcəm mən. Çəkilişlərdən razı qaldım. Təsəvvür edin ki, evində çəkiliş etdiyimiz insan biz qayıdanda dedi ki, sizə o qədər öyrəşmişəm ki, yoxluğunuzu hiss edəcəm. Mən də səsimizi yazıb verdim ki, darıxanda qulaq asarsan (gülür)". Filmin əsas ssenaristi Fariz Əliyev isə bildirdi ki, bu yay film bazarında rəqabət güclü olacaq: "Amma biz heç kimdən qorxmuruq. Digər filmləri üstələyəcəyimizdən əminəm. Çox filmin olması bazarda bizə əlavə stimul verir. Bu film komediya filmlərinə "damğa" vuracaq. Buna sizi tam əmin edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31