Məryəm Üzərli özünə ad günü hədiyyəsi etdi
"Allaha təşəkkür edirəm"
12 Avqust 2014 12:41 MədəniyyətTürkiyənin izləmə rekordu qıran "Muhteşem yüzyıl" teleserialında canlandırdığı Hürrəm Sultan obrazı ilə məşhurlaşan türk əsilli Almaniya aktrisası Məryəm Üzərli bu gün ad gününü qeyd edir. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, aktrisa ad günü ilə bağlı tvit paylaşıb. "Gecənin ortasında bütöv ayın doğumu. Allaha mənim ad günümə verdiyi hədiyyəyə görə təşəkkür edirəm. Sizlərə və yaxınlarınıza da təşəkkür edir, bütün istəklərinizə çatmağa arzulayıram. Bütün videotəbriklərə görə minnətdaram. Siz çox gözəlsiniz. Sizə ən saf sevgilər arzulayıram", - deyə aktrisa bütöv ay şəklini çəkərək paylaşdığı tvitdə yazıb.
Qeyd edək ki, 12 avqust 1982-ci il təvəllüdlü Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun "Schauspielstudio Frese"də aktyorluq təhsili alıb. Almaniyada bir çox filmdə rol alıb. 8 ay davam edən seçimlərdə o, Meral Okayın yazdığı, Teymur Savcının prodüserliyini etdiyi, 2011-ci ilin iddialı seriallarından olan "Muhteşem yüzyıl" serialında "Hürrem" rolunu canlandır. Aktrisanın ana dili alman dilidir, bununla yanaşı, əla səviyyədə ingilis dili bilir. Türk dilini isə "Muhteşem yüzyıl" serialında olarkən Hürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atcılıq, üzgüçülük və basketbol idmanları ilə məşğul olub. 2011-ci ildə Hürrəm Sultan rolu üçün Türkiyədə iki dəfə "Ən yaxşı qadın aktrisa" və bir dəfə də "Televiziya Ulduzları xüsusi mükafatı"na layiq görülüb. 2012-ci ldə isə Dram sahəsində "Ən yaxşı qadın aktrisa" mükafatına layiq görülüb.