Murad Dalkılıç və Merve Boluğur evlənir (FOTO)
Pop ifaçı: "Mervenin həyatımdan getməyini istəmirəm"
11 Avqust 2014 11:22 MədəniyyətMəşhur türk cütlüklərindən biri olan pop ifaçı Murad Dalkılıç və gənc aktrisa Merve Boluğurdan sevindirici xəbər var.ANS PRESS-in məlumatına görə, Murad və 1 ildir eşq yaşadığı sevgilisi Merve sürpriz qərar ilə tamaşaçıların qarşısına çıxıblar. Xarici ölkədən sonra istirahət üçün Bodruma üz tutan cütlük evlənməyə qərar verib. Ötən həftə dərgilərdən birinə müsahibəsi zamanı yeni layihələrindən, sevgisindən danışan ifaçı ötən gün Merve ilə birlikdə kameralara görüntülənib.Sualları cavablandıran Dalkılıç: "Mervenin həyatımdan getməyini istəmirəm. Gənc yaşımızda evlənib uşaq sahibi olmaq qərarına gəlmişik" - deyərək gözlənilməz açıqlama verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31