Müğənninin qızı anasının sevgilisi ilə istirahətdə (FOTO)

  Dünyaca məşhur pop ifaçı Madonnanın qızının istirahət zamanı fotoları yayılıb.ANS PRESS-in məlumatına görə, ifaçının qızı Lurdes anasının sevgilisi ilə istirahət edərkən görüntülənib. 55 yaşlı sənətçinin 26 yaşlı rəqqas sevgilisi Timor Steffens ifaçının qızı ilə birlikdə çimərliyə yollanıb. Yeni layihələri üzərində gərgin işləyən Madonna nə istirahətə, nə də ki, yaxınlarına ayırmaqa vaxt tapır.Qızının tərbiyəsinə ciddi yanaşan sənətçi onu ətraf mühütdən, pis insanlardan qorumaq üçün tək heç yerə buraxmır. Bu səbəb ilə də 17 yaşlı qızı Lurdes Timorla Fransaya yollanıb.Dənizdə çimən, günəş vannası qəbul edən gənclər paparazzilər tərəfindən görüntüləniblər. Dincəldikləri məkanda işləyən şəxslərdən biri Madonnanın qızını tanıdıqdan sonra ona qızılgül hədiyyə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31