Tolqa Karel həyat yoldaşı ilə Bakıya gələcək

Axşam.az-ın məlumatına görə, bu haqda əməkdaşımızla söhbətində aktyorun həyat yoldaşı, azərbaycanlı model Günay Musayeva bildirib. O, növbəti gəlişində T.Kareli də özü ilə gətirəcəyini deyib: "Hazırda yeni layihələrimlə məşğulam. Yaxın günlərdə yenidən Bakıya gələcəm. Budəfəki səfərimdə həyat yoldaşımı da özümlə gətirəcəm. O da Bakını görməyi çox istəyir. Söz vermişəm ki, növbəti səfərimizi birlikdə edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31