Faiq Ağayev: “Haqqımız olan qələbəyə bu günə kimi bu qədər yaxın olmamışdıq” VIDEO
8 Avqust 2014 15:51 MədəniyyətAzərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı: "Müharibə hələ bitməyibdir. Onun yalnız birinci mərhələsi yekunlaşıb. Və müharibənin ikinci mərhələsi də başlaya bilər" fikirlərini "Facebook" ünvanında paylaşan xalq artisti Faiq Ağayev: "Haqqımız olan Qələbəyə bu qədər yaxın olmamışdıq bu günə kimi. Xalqımız, Ordumuz Vətən tarixinə qəhrəmanlıq səlnaməsi yazmaqdadır. Doğma Torpaqlarımızın - gözəl Qarabağımızın üzərində Şanlı Bayrağımız dalğalanmalıdır! Allah AZƏRBAYCANA yar olsun!" sözlərini yazıb. Faiq Ağayev həmçinin öz ifasında səsləndirdiyi Azərbaycan himnini də paylaşıb.
Qeyd edək ki, həmişə vətənpərvərliyilə həmkarlarından fərlənən xalq artisti bundan əvvəl cəbhə xəttində baş verən hadisələrə münasibətini də özünəməxsus göstərib. Faiq Ağayev "Facebook" səhifəsində repertuarından, musiqisi N.Mirməmmədli, sözləri A.Qurbaniyə aid "Marş-Çağırış" mahnısını paylaşaraq: "Son olaylara münasibətim budur, dostlar. Allah Azərbaycan əsgərini qorusun!" - yazmışdı. Biz də , vətənpərvər sənətçimizə öz yolunda uğurlar arzulayırıq.
"Olaylar.az" hər iki videonu təqdim edir: