Akif İslamzadə: “Hamıya deyin ki, Akif müəllim çox yaxşıdır”
8 Avqust 2014 15:51 Mədəniyyət"Təbriklərə görə çox sağ olun. Şərəf verdiniz. Ümumiyyətlə, hər zəng edən adam, hər zəng edən jurnalist mənə şərəf verir. Mən çox yaxşıyam. Allaha da şükür edirəm. Hamıya deyin ki, Akif müəllim çox yaxşıdır". Bunu Modern.az saytına xalq artisti, klassik estrada musiqisinin korifeylərindən olan Akif İslamzadə deyib.
Qeyd edək ki, məşhur musiqilərin ifaçısı olan Akif İslamzadənin bu gün 66 yaşı tamam olur. Akif İslamzadə Modern.az vasitəsilə onu təbrik edənlərin hamısına təşəkkürünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31