Beren Saatın toyundan kadrarxası görüntülər

Hollivudun məşhur fotoqraflarının əl işləri sosial mediada yayılıb

Ötən ay Los Ancelesdə evlənən və bal ayına davam edən məşhur türk aktrisası Beren Saat və ifaçı Kənan Doğulunun toyundan yeni fotolar yayılıb. ANS PRESS-in məlumatına görə, cütlüyün Malibu adalarında baş tutan xoş günlərindən olan görüntülər yavaş-yavaş yayılmaqda davam edir. Hollivudun məşhur fotoqrafları olan Emi və Stuartın çəkdiyi fotoların kadrarxası görüntüləri sosial mediada yayılıb. Bu fotolar rekord sayda bəyənilmə toplayıb. Toy fotosessiyası etdirmək üçün uzun məsafə getməli olan Beren və Kənanın makiyajını və saç düzümünü Mehmet Yıldırım edib. Doğulu cütlüyü sahildə fotoqrafa poza veriblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31