Xalq artisti xəstəxanaya yerləşdirildi

Rauf Babayev: "Xəstəxananın reanimasiya şöbəsində mənə ayrıca palata ayırıblar"

Xalq artisti, "Qaya" qrupunun bədii rəhbəri Rauf Babayev 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, bu barədə R. Babayev APA-ya danışıb. Bildirib ki, avqustun 7-də səhhətinə ciddi problem yaranıb: "Konkret olaraq diaqnoz mikroinsultdur. Müalicə alıram. Xəstəxananın reanimasiya şöbəsində mənə ayrıca palata ayırıblar, həkim nəzarətindəyəm". R. Babayev əlavə edib ki, xəstəxana şəraitində müalicəsi avqustun ortasına kimi davam edəcək: "Xəstəxanada yatmaq istəmirdim, amma həkimlər dedilər ki, evdə müalicə hələlik tezdir, bir müddətdən sonra evə buraxacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31