Təranə və Musa istirahətdə
İfaçı istirahətdən olan maraqlı fotoları sosial şəbəkədə paylaşıb
7 Avqust 2014 12:37 MədəniyyətMüğənni cütlük Təranə Qumral və Musa Musayev ailəlikcə istirahətə yollanıblar. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, Azərbaycanın gözəl güşəli rayonlarına üz tutan ifaçılar böyük qızları Qumralı ailəsi ilə birlikdə və kiçik qızları Sevgimi də özləri ilə aparıblar. Bir neçə gün öncə Nabranda dincələn sənətçilər ötən günlərdə Lerikə üz tutublar. Təranə Qumral istirahətdən olan maraqlı fotoları İnstagram səhifəsində paylaşıb. İzləyicilər tərəfindən maraqla qarşılanan şəkillər yüzlərlə insan tərəfindən bəyənilib. Cütlüyün kiçik qızı Sevgim və nəvələrinin görüntüləri xüsusiylə maraq oyadıb. İki balaca qız - xala və bacı qızı demək olar ki, eyni yaşdadırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31