"Əlinizdə silah olsa bizə atarsız gülləni, şərəfsizlər”
Elton ad gününü təxirə salması ilə özünü reklam etmək kimi qələmə verənlərə sərt cavab verdi
6 Avqust 2014 18:53 MədəniyyətArtıq bir neçə gündür cəbhə gölgəsində yaşananlar adi insanlarla yanaşı sənət aləmini də sarsıdıb. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, öncədən təşkil olunmuş konsert proqramları, ad günləri və digər tədbirlər təxirə salınıblar. Şəhid düşən 14 əsgərimizin ruhuna hörmətlə yanaşan insanların sırasında müğənni Elton Hüseynov da dayanıb. İfaçı bəzilərinin onun bu hərəkətini özünü reklam etmək kimi qələmə vermələrinə sərt cavab verib, Bu barədə İnstagram səhifəsində yazı paylaşan sənətçi fikirlərini bölüşüb: "Burada bəzi içi qurdlu, kinli insanlar yazırlar ki, guya ad günü keçirməməklə özümü reklam edirəm. Birincisi, mənim reklama ehtiyacım yoxdur. İkincisi, ata, əmi, dayı hesabına adam olmamışam. Dövlətimizin və özümün çəkdiyim əziyyətlər hesabına sadə insan və müğənni olmuşam. Ad günümü təxirə salmaqla nə qədər üzüldüyümü və ürəyimdə matəm saxladığımı göstərirəm. Ürəkləri Allah bilir. Nə yaxşı ki, əlinizdə bir telefon var, silah olsa, elə bizə atarsız gülləni, şərəfsizlər!".