Xalq artisti Faiq Ağayevdən çağırış VIDEO

Vətənpərvər mahnıları ilə tanınan Azərbaycanın Xalq artisti Faiq Ağayev cəbhə xəttində baş verən hadisələrə münasibətini özünəməxsus tərzdə bildirib. O, "Facebook" səhifəsində repertuarından, musiqisi N.Mirməmmədli, sözləri A.Qurbani aid "Marş-Çağırış" mahnısını paylaşaraq: "Son olaylara münasibətim bu, dostlar. Allah Azərbaycan əsgərini qorusun!" - yazıb. ("OLAYLAR" İA)

"Olaylar.az" həmin mahnını təqdim edir:

Yurduma uzanan qara əlləri dağlamaq, yandırmaq, yaxmaq vaxtıdır!
Bayrağa döndərib qanlı köynəyi, Şuşa Qalasına taxmaq vaxtıdır!
Haydı, Misri-qılınc, haydı Koroğlu, Haydı, bu Torpağın igid, nər oğlu!
Yenilməz Vətənin hünərvər oğlu, Hazır ol, səfərə çıxmaq vaxtıdır!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31