Ukraynalı rəqqasənin Bakı konserti təxirə salındı
"Əsgərlərimizin şəhid olması xəbəri hamımızı sarsıtdı"
6 Avqust 2014 09:50 MədəniyyətAvqustun 8-də Ukraynanın əməkdar artisti, məşhur rəqqasə Alla Kuşnirin paytaxtımızda planlaşdırılan konserti təxirə salınıb.ANS PRESS-in məlumatına görə, bu barədə konsertin təşkilatçısı, aparıcı Zemfira Adıgözəlova məlumat verib. O, şəhid olan əsgərlərin ruhuna hörmət olaraq bu addımı atdığını deyib."Belə bir vəziyyətdə konsert keçirmək düzgün olmazdı. Əsgərlərimizin şəhid olması xəbəri hamımızı sarsıtdı. Kuşnirlə əlaqə saxladım. O da belə halda konsertdə çıxış etmək istəmədiyini dedi və konserti təxirə saldım."Bundan başqa, ukraynalı rəqqasə şəhid ailələrimizə başsağlığı verib və bu xoşagəlməz halın aradan qaldırılmasını arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31