Aktyor keçmiş arvadı ilə barışdı

Aktyor və Ahu oğullarının ad günündə qucaqlaşaraq kameralara poza veriblər

Türkiyənin məşhur komediya ustası və keçmiş həyat yoldaşı Ahu Yağtu ötən gün oğulları Kamalın iki yaşını qeyd ediblər. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, ötən il boşanan cütlük yaxınlarını ətraflarına toplayıb övladları üçün parti təşkil ediblər. Son zamanlar tez-tez birlikdə görüntülənən Cem və Ahu ötən gün də mehribançılıqlarını nümayiş ediblər. İstinyə ərazisində yerləşən uşaqlar üçün parti mərkəzində təşkil olunan ad gününə aktyorun ailəsi də qatılıb. Uşaqlarının sağlam və gözəl mühütdə yaşaması üçün əllərindən gələni edən cütlük Kamalın tortunun üzərində olan şamları birlikdə söndürüblər. Cem Yılmaz və Ahu Yağtu tort kəsildikdən sonra qucaqlaşaraq birlikdə kameralara poza veriblər. Cütlüyün ailə görüntüsü qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Aktyorun atası Arif Yılmazın keçmiş gəlinlərinə göstərdiyi isti münasibət də gözlərdən yayınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31