Günay Musayeva aparıcılıq etdi

Model "Kanaltürk"də yayımlanan "Həyatın rəngi və maqazin" verilişinə ev sahibliyi edib

Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı müğənni Günay Musayevanın yeni fotoları yayılıb. "Olaylar"ın  Anspress-ə istinadən  məlumatına görə, sosial şəbəkənin aktiv istifadəçisi olan model İnstagram səhifəsində əynində al qırmızı rəngdə, açıq-saçıq formada olan libasda çəkilən şəkillərini paylaşıb. Günay bu fotoların "Kanaltürk"də aparıcılıq etdiyi zaman çəkildiyini qeyd edib. G.Musayeva adıgedən kanalda bu həftə "Həyatın rəngi və maqazin" verilişinin aparıcılığını edib. Qeyd edək ki, həmin proqrama hər həftə bir məşhur sima ev sahibliyi edir. Günayın şəkilləri xüsusən də geyimi hər kəs tərəfindən bəyənilib. Xatırladaq ki, Günay Musayeva məşhur türk aktyoru Tolqa Karel ilə ailəlidir, onların Cahangir adlı övladları var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31