Faiq Ağayev: “Müharibə ölmək üçün deyil”

“Şəhidlər Allah tərəfindən seçilmiş müqəddəs amal döyüşçüləridirlər”

"Mən işimdən qalan deyiləm. Əsgərlər ölüblər, Allah rəhmət eləsin. Onlar nə üçündür bəs? Əsgər ölməyə gedib də". Repçi Elşad Xosenin cəbhədə baş verən silahlı qarşıdurmada şəhid olmuş Azərbaycan əsgərlərinə münasibəti belə idi. Xosenin bu ittihamı nə media, nə də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Tənqid olundu. Həqiqətən də reperə haqq qazandırmaq mümkün deyildi. Məsələn yazıçı Qan Turalı onun bu hərəkətinə qiymətini qısaca belə verdi: "Biz Elşad Xoseni tanıyırıq". Bəli, biz Elşad Xoseni tanıyırıq. O, jurnalistlə, adi vətəndaşla necə davranmağı bilməyən adamdır. Onun ekrana çıxarılması ən böyük səhvdir. Elşad Xose gündəmdən düşəndə qaçıb rəqqasə Oksana Rəsulovaya sığınıb gündəmdə qalmağa çalışan insandır. Publika qarşısında rahatlıqla söyüş söyə bilən, rəqiblərini ən pis sözlərlə təhqir etməyi bacaran, mənfəəti üçün özünü quyunun dibinə vura bilənlərdəndir. İndi qalxıb belə birindən şəhid ruhuna hörmət gözləməyin nə mənası? Lakin özünü ən yuxarı kateqoriyalı pilləyə aid edən Elşad Xosenin əsl siması ilə cəmiyyət tanış olmalıdır.

Sənət adamları da reperin bu fikirlərini birmənalı qarşılamırlar. Məsələ ilə əlaqədar onların da fikirlərini öyrəndik.

"Müharibə Vətəni qorumaq üçün müqəddəs amaldır"

Xalq artisti, müğənni Faiq Ağayev hesab edir ki, müharibə ölmək üçün deyil, müharibə Vətəni qorumaq üçün müqəddəs amaldır: "Hər bir mərd Azərbaycan oğlu bu müqəddəs səfərə çıxmağa hazır olmalıdır. Yurdumuza uzanan yad əlləri geri çəkməyin vaxtıdır. Allah Azərbaycan əsgərini qorusun".

Mübariz Tağıyev: "Ancaq zəif insanlar bu cür fikirləşirlər"

Xalq artisti, müğənni Mübariz Tağıyev bildirib ki, müharibə ölmək üçün deyil. M.Tağıyev Elşad Xoseni zəif insan olmaqda ittiham edir. Müğənninin sözlərinə görə, ancaq zəif insanlar bu cür fikirləşirlər: "Müharibəyə qalibiyyət üçün gedirlər. Şəhidlər Allah tərəfindən seçilmiş müqəddəs amal döyüşçüləridirlər. Əsgər ölüm üçün hazırlanmır, qalibiyyət üçün yetişdirilir". Cəbhə xəttində baş verən hadisələrə toxunan Mübariz Tağıyev qeyd edib ki, münaqişənin məntiqli sonu olmalıdır: "Ermənilər düzələn millət deyil. Çətin ki, münaqişə sülh yolu ilə həll edilsin. Erməniləri də başa salmaq üçün müharibə etmək lazımdır. Əks təqdirdə onlar səhvlərini başa düşməyəcəklər".


Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31