Alim Qasımov 1 ay Azərbaycanda olmayacaq
1 Avqust 2014 11:35 MədəniyyətAzərbaycanın xalq artisti, tanınmış xanəndə Alim Qasımov Meksikaya qastrola gedəcək. "Qafqazinfo" xəbər verir ki, Alim Qasımov azNews.az-a bildirib ki, oktyabrda reallaşacaq səfər bir ay davam edəcək: "Bu uzun müddətli bir səfərdir. Səfərə qızım - muğam ifaçısı Fərqanə Qasımova ilə birlikdə gedəcəyik. Qastrol zamanı keçirəcəyimiz konsertlərdə Azərbaycan muğamları və dəstgahlar ifa edəcəyik".
A.Qasımov onu da deyib ki, hazırda əməkdar artist Fərqanə Qasımova Balkan ölkələrində səfərdədir və yaxın 4 gün ərzində vətənə dönəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31