Əməkdar artist: "Dərmanlar içir, həyatda qalmağa çalışıram"

Əməkdar artist Kəmalə Rəhimli “Hər şey daxil” verilişinin qonağı olub

"Olaylar"  axşam.az-a istinadən xəbər verir ki, müğənni səhhətindən, maddi durumundan və gündəmdən uzaqlaşmağından bəhs edib: "Sənətə gəlmişik ki, xalq qarşısında çıxış edək. Bununla qidalanmışıq. Hazırda işləmirəm, bu, mənə mənəvi zərbədir. 36 kvadrat metrlik evdə oturmuşam, məşq edə, oxuya bilmirəm. Çünki qonşular şikayət edirlər. Mən sənəti sevib müğənni olmuşam.  İndi səhhətim pisdir deyə işləyə bilmirəm. Tədbirlərə dəvət edilmirəm. Bu sənətə canımı qoymuşam. Vaxtilə toylara, konsertlərə getmişəm. Dövlət konsertində canlı oxuyurduq. İndikilər gəlir, disk qoyur, ifa edir, gedirlər. Son 20 ildir xəstəlikdən əziyyət çəkirəm. Dərmanlar içir, həyatda qalmağa çalışıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31