Opera ifaçısı Oya Ergün və Cəmilə Cavadova konsert verəcək

Azərbaycanda fəaliyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə konsert  verəcək. Oya Ergünü konsertində pianoda onula,  Hollandiyada təhsil alan və Amerikada yaşayan dünyaca məşhur orqanist Cəmilə Cavadova-Spitsberq müşaiyət edəcək.  "Olaylar"ın məlumatına görə, konsert  avqust ayının 2-si Alman- Azərbaycan mədəniyyət birliyi "Kapellhaus"da saat 19.00 da baştutacaq. Onu da deyək ki,  "Barok Arialar Axşamı "adlı altın keçirilən konsertdə, sopranedə Oya Ergün, pianoda Cəmilə Cavadova,  Monteverdi, Caccini, Scarlatti, Cesti, Bach, Handel, Caldanra, Gluckin kimi məşhur bəstəkarların musiqilərini ifa edəcəklər. Məlumat üçün bildirək ki, Oya xanım, barok musiqisi  mövzusunda ayrıca təhsil almış və Avropanın bir çox şəhərində barok operalardan da baş rol oynamış. Eyni zamanda,  Ergün barok,  fleyta ailəsində alto, soprano və sopranino fleyta də ifa edir. İfaçı konserti zamanı  repertuarında bu alətlərdə  yer verəcək.
Qeyd edək ki, konsertdə Türkiyənin Azərbaycan səfiri Alper Coşkun və digər ictimai xadimlər iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31