Kənan M.M. azadlığa buraxıldı
30 İyul 2014 20:16 Mədəniyyət"Olaylar"-ın Apa-ya istinadən məlumatına görə, bu barədə apa.az-ya hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib. O bildirib ki, Kənan Mahmudov Binəqədi rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Qeyd edək ki, Kənan M. M. Vüqar Muradov adlı müğənninin şikayət ərizəsi əsasında iyulun 29-da həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən, ittiham elan edilib. Lakin sonradan V.Muradov şikayət ərizəsini geri götürüb. Bundan sonra Kənan Mahmudov azadlığa buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31