Kənan M.M müğənnini niyə döyüb?
30 İyul 2014 13:51 Mədəniyyət"Ötən gün bu hadisəyə görə məni də həbs etmişdilər. Ancaq Binəqədi polisində mənim heç kəsi döymədiyim təsdiqləndiyi üçün sərbəst buraxıldım". "Olaylar"-ın Lent.az-a istinadən məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında Kənan M.M.-in dostu, doqquzqat dünya çempionu Emil Hacıyev tanınmış rejissorun həbsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, mübahisə Kənan M.M.-lə müğənni Vüqar Muradov arasında olub. Belə ki, "Ulduzların döyüşü" yarışmasında Kənan M.M.-ə qalib gələn müğənni Vüqar Muradov mediaya verdiyi açıqlamalarda məğlub tərəfin ünvanına təhqiredici ifadələr işlədib. Buna görə də Kənan M.M. bu təhqirlərə son verməsi üçün dünən onunla görüşüb. Emil Hacıyevin sözlərinə görə, həmin görüşdə o özü də iştirak edib: "Mənim özümü də həbs edib aparmışdılar, ancaq heç kəsi döymədiyim təsdiqləndiyi üçün sərbəst buraxıldım, Kənan isə polis bölməsində saxlanıldı".