Kənan M.M həbs olundu

Rejissor barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb

Ötən gün məşhur rejissor Kənan M.M Binəqədi rayonu ərazisində saxlanılıb.  "Olaylar"-ın Anspress-ə istinadən məlumata görə, hadisə günorta saatlarında baş verib. Belə ki, 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xuliqanlıqda ittiham olunan Kənan Mahmud oğlu Mahmudov saxlanılıb. Onun barəsində Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq müddəsilə cinayət işi başlanıb. İstintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31