Afaq Məlikova: "Cəhdlərimizlə ölkəmizin mədəni inkişafına öz töhfələrimizi veririk"
25 İyul 2014 12:49 Mədəniyyət"Vətənpərvərliyin əsasında vətənə sevgi, millətinin mədəniyyətinin qorunması və inkişaf etdirilməsi cəhdi dayanır". "Olaylar" Milli.az-a istinadən xəbər verir ki, bu sözləri Day.Az saytına açıqlamasında Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xalq artisti Afaq Məlikova deyib. "İdeal vətənpərvər obrazı nümunəsi bütün ömrünü ölkəmizin, millətimizin, mədəniyyət və incəsənətimizin inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevdir", - o əlavə edib. "Azərbaycanın mədəniyyət dünyasının nümayəndəsi kimi hesab edirəm ki, biz yaradıcılığımızla, cəhdlərimizlə ölkəmizin mədəni inkişafına öz töhfələrimizi veririk", - Afaq Məlikova vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31