Ərinin ayaqlarını yuyan əməkdar artist danışdı: "Zövq alıram"

"Əlbəttə, həyat yoldaşımın ayaqlarını yuyaram. İnan Allaha ki, yuyaram. Ona qulluq eləməkdən zövq alıram, uşaqlarıma əziyyət çəkməkdən zövq alıram".  Bunu əməkdar artist Gülyanaq Məmmədova deyib. O, mətbəxdə özünü çox xoşbəxt hiss etdiyini də söyləyib. Müğənni gec yaşda ailə qurduğunu da etiraf edib: "Hə, 33 yaşımda ailə qurmuşam. Amma çox xoşbəxtəm. Vallah, ailədən gözəl heç nə yoxdur. Düşündüm ki, sənətimlə bağlı problemləri həll edim, sonra ailə qurum. Bu cür də oldu". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31