“Avroviziya 2015”: yarımfinalların və finalın vaxtı müəyyənləşib
24 İyul 2014 15:43 MədəniyyətAvstriyanın ev sahibliyi edəcəyi "Avroviziya 2015" mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərinin vaxtı müəyyənləşib. "Media forum" saytının məlumatına görə, mahnı müsabiqəsinin yarımfinalları mayın 19-u və 21-i, finalı mayın 23-də keçiriləcək. Müsabiqənin keçirilməsi üçün 3 şəhərin namizədliyi irəli sürülüb. Bunlar paytaxt Vyana, eləcə də İnsbruk və Qrats şəhərləridir. "Avroviziya 2014" mahnı müsabiqəsində Avstriya təmsilçisi Konçita Vurst (Tomas Noyvirt) qələbə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31