Yol polisi tanınmış müğənnini saxladı - 40 manat cərimə
24 İyul 2014 14:10 MədəniyyətTürkiyədə tanınmış müğənni Berksanı yol polisi saxlayıb. "Olaylar"ın Lent.az istinadən verdiyi məlumata görə, İstanbulun Quruçeşmə adlanan hissəsində saxlanılan müğənninin sürücülük vəsiqəsinin evdə unutduğu məlum olub. Bundan sonra Berksan dostunu evə göndərərk vəsiqəni gətirməsini istəyib və yarım saat maşında gözləməli olub. 80 türk lirəsi (təxminən 40 manat) cəza alan müğənninin avtomobilinin sənədləri yoxlanılarkən maraqlı fakt da üzə çıxıb. Məlum olub ki, "Nissan" markalı avtomobil daha əvvəl məşhur müğənni Hande Yenerə məxsus olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31